Bank Of Baku

«BP-Azərbaycanda davamlı inkişaf haqqında hesabat - 2009» sənədinin təqdimatı keçirilib

«BP-Azərbaycanda davamlı inkişaf haqqında hesabat - 2009» sənədinin təqdimatı keçirilib
# 01 sentyabr 2010 11:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «BP-Azərbaycanda davamlı inkişaf haqqında hesabat - 2009» sənədinin KİV üçün təqdimatı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə nəşrlər və əməkdaşlar üçün proqramlar şöbəsinin müdiri Rəşad Bayramov «BP-Azərbaycan» şirkətinin 2009-cu ildəki fəaliyyəti üzrə hazırlanan hesabatla bağlı geniş məlumat verib.

R.Bayramovun sözlərinə görə, ötən il «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 298 mln. bareldən çox (40 mln. ton) neft hasil olunub. Həmçinin, 1997-2009-cu illərdə cəmi neft hasilatı 1,343 mlrd. barel olub. «Şahdəniz» yatağından qaz hasilatı isə 6,2 mlrd. kubmetr təşkil edib. AÇG-dən Azərbaycana təxminən 3,6 mlrd. kubmetr səmt qazı təhvil verilib.

R.Bayramov bildirib ki, ötən il BP-nin dünya üzrə mövcud 15 ən məhsuldar hasilat quyusundan 3-ü «Şahdəniz» yatağında, 5-i AÇG blokunda olub.

Hesabatın «Əməkdaşların inkişafı» bölümünə toxunan R.Bayramov şirkətdə çalışan ixtisaslı işçilərin 84%-nin Azərbaycan vətəndaşı olduğunu bildirib: «Ümumiyyətlə, BP-nin Azərbaycandakı daimi işçilərinin sayı ötən il 2 328 nəfər olub ki, bunun da 1 929-u kişi və 399-u qadındır. Ötən il ərzində şirkətdə 117 Azərbaycan vətəndaşı yüksək rəhbər vəzifələrdə çalışıb. Həmçinin, bu dövr ərzində 200-dən çox yerli vətəndaş işə götürülüb».

R.Bayramov qeyd edib ki, davamlı inkişaf layihələrinə, o cümlədən sahibkarlığın inkişafına 132 mln. ABŞ dolları, 70-dən artıq icma proqramları üçün 3,4 mln. dollardan çox vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR