Bank Of Baku

«Neft Daşları»nın dəniz obyektlərində ekoloji monitorinq keçirilib

«Neft Daşları»nın dəniz obyektlərində ekoloji monitorinq keçirilib
# 01 sentyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları tərəfindən «Kompleks Qazma İşləri» trestinin «Neft Daşları» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin (DKQİİ) dəniz obyektlərində ekoloji monitorinq işləri həyata keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ekoloji monitorinq dəniz obyektlərində qazma işləri zamanı ətraf mühitin mühafizəsi, həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi, qazma prosesində istifadə olunan texnoloji qurğularda ekoloji təhlükəsizliyin təmin edilməsi, mövcud problemlərin həlli istiqamətində görülmüş tədbirlərin araşdırılması üçün keçirilib.

Qeyd edək ki, tədqiq olunan dəniz obyektlərində bu ilin yanvar ayında nəzarət monitorinqləri aparılıb. Bu zaman müəyyənləşdirilən bir sıra ekoloji çatışmazlıqlar hazırda aradan qaldırılıb. Belə ki, özüllərdəki nov sistemində döşəməaltı suların soyutma işləri zamanı təkrar istifadə olunması, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi, tərkibində kimyəvi reagentlər olan qazma şlamının sahilə daşınaraq Ekologiya İdarəsinin «Tullantı mərkəzi»nə təhvil verilməsi həyata keçirilib. Həmçinin qazma prosesi zamanı dəniz ekosisteminə təsir parametrlərinin müəyyən edilməsi məqsədilə monitorinq müddətində sözügedən obyektlərin dəniz stasionar özülləri ətrafından su nümunələri götürülüb. Monitorinq zamanı dəniz axınlarının sürət və istiqaməti ölçülüb, ərazinin meteoroloji tədqiqatı aparılıb. Götürülmüş nümunələr Kompleks Tədqiqat Laboratoriyasında tədqiq edildikdən sonra, alınmış nəticələrə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR