Bank Of Baku

Türkmənistan neftinin Bakı-Ceyhan boru kəmərilə nəqlinə başlanılıb

Türkmənistan neftinin Bakı-Ceyhan boru kəmərilə nəqlinə başlanılıb
# 01 sentyabr 2010 14:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-ın törəmə müəssisəsi olan «SOCAR Trading» şirkəti Türkmənistanın «Dragon Oil» və digər şirkətləri ilə müqavilə imzalayıb ki, Türkmənistan nefti BTC vasitəsilə Ceyhan limanına çatdırılsın: «Hazırda nəqletmənin həcmi ayda 200 min tonadək təşkil edir».

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında istiyadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (onun 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 077 km isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü isə 50 mln. ton təşkil edir. BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), Eni (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR