Bank Of Baku

Qazaxıstan-Azərbaycan-Gürcüstan enerji dəhlizi ilə neftin daşınması iki dəfə artırılacaq

Qazaxıstan-Azərbaycan-Gürcüstan enerji dəhlizi ilə neftin daşınması iki dəfə artırılacaq
# 01 sentyabr 2010 14:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqmasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Tiflisdə Azərbaycan, Gürcüstan və Qazaxıstan nümayəndə heyətləri arasında keçirilən görüş zamanı bu məsələ müzakirə olunub: «Qazaxıstan enerji dəhlizini gələcəkdə yüksək səvviyyədə işlətmək, genişləndirmək və əsas enerji koridoruna çevirmək niyyətindədir. Əgər sözügedən dəhlizlə hazırda ildə 10 mln. ton neft və neft məhsulları daşınırsa, gələcəkdə bu həcm iki dəfə artırılaraq 20 mln. tona çatdırılacaq».

R.Abdullayev onu da qeyd edib ki, bu istiqamətdə Azərbaycan tərəfi ölkədəki dəmir yolu infrastrukturunu yaxşılaşdıracaq və ümumiyyətlə, gələcək işlərdə dəmir yolunun inkişafına 1 mlrd. ABŞ dolları həcmində investisiya yatıracaq: «Bu da öz növbəsində yükgötürmə qabiliyyətini artıracaq».

ARDNŞ başçısı əlavə edib ki, Qazaxıstanın Azərbaycan vasitəsilə ixrac etdiyi neft sonda Gürcüstanın Qara dənizdəki bütün limanlarına (Kulevi, Poti, Batumi) cəlb lunacaq
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR