Bank Of Baku

Yaxın üç ildə Azərbaycanda 1 mln. elektron qaz sayğacı quraşdırılacaq

Yaxın üç ildə Azərbaycanda 1 mln. elektron qaz sayğacı quraşdırılacaq
# 01 sentyabr 2010 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın üç il ərzində Azərbaycanın qaz təsərrüfatı müasir standartlara cavab verəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qaz abunəçilərinin sayı 1,2 mln. təşkil edir: «Abunəçilərin istifadə etdiyi mexaniki sayğaclarında müəyyən problemlər mövcuddur ki, hazırda biz bu sayğacları smart-kart tipli elektron sayğaclarla əvəzləyirik. Bu il ərzində Bakı və ətraf kəndlərdə 250 min ədəd elektron sayğac alınıb quraşdırılacaq ki, avadanlığın əsas hissəsi alınıb».

R.Abdullayev onu da qeyd edib ki, ümumiyyətlə Bakı və ətraf kəndlərdə qaz təsərrüfatı yenidən qurulur: «Yenidənqurma və sayğacların quraşdırılmasını payız ayları ərzində başa çatdırmaq niyyətindəyik. Ümumiyyətlə, 3 il müddətinə 1 mln. ədəd saycağ quraşdırılacaq, eyni zamanda ölkədə qazın bölünməsi və paylanması işləri görülüb başa çatdırılacaq».

Neft şirkətinin rəhbəri həmçinin bildirib ki, Bakı şəhərinin hazırkı qaz şəbəkəsinin 90%-i dəyişdirilib müasirləşdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR