Bank Of Baku

«Petkim» şirkətinin mütəxəssisi Etilen-Polietilen Zavodunda olub

«Petkim» şirkətinin mütəxəssisi Etilen-Polietilen Zavodunda olub
# 01 sentyabr 2010 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «SOCAR-TURCAS» Birgə Müəssisəsinin idarəçiliyində fəaliyyət göstərən «Petkim» şirkətinin avtomatika və energetika sistemləri üzrə bir qrup mütəxəssisi «Azərikimya» İstehsalat Birliyinin (İB) Etilen-Polietilen Zavodunda olub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, yerli mütəxəssislərlə birgə EP-300 kompleksinin nəzarət-ölçü sisteminin yenidən qurularaq, elektron sistemə keçirilməsi, kompressorlarda və istilikdəyişdiricilərdə tutulmaların qarşısının daha effektli və etibarlı şəkildə alınması üçün ingibitorlardan istifadə edilməsi və digər həlli vacib məsələlər nəzərdən keçirilib.

İlkin razılaşmaya əsasən, yaxın günlərdə «Petkim» Etilen-Polietilen Zavoduna elektron tipli nəzarət-ölçü cihazlarının ilk böyük dəstini göndərəcək. Onların quraşdırılması isə istehsalat prosesinə mane olmadan mümkün olacaq.

«Petkim»in istehsalat, satış və marketinq, həmçinin digər fəaliyyət sahələri ilə yaxından tanış olan «Azərikimya» İB-nin mütəxəssisləri türk həmkarları ilə məsləhətləşmələr əsasında Birliyin digər istehsalat sahələrində də avadanlıqların müasir texniki tələblər səviyyəsində təkmilləşdirilməsini və işin qabaqcıl texnologiyalar əsasında yenidən qurulmasını planlaşdırırlar.

«Petkim» və «Azərikimya» mütəxəssislərinin birgə məsləhətləşmələrinin nəticəsi olaraq EP-300 kompleksinin qazayırma, kompressor, istilikdəyişdirici və susoyuducu sistemlərində də təkmilləşdirilmə işləri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR