Bank Of Baku

Sentyabrda Bakıda daha 6 «SOCAR» yanacaqdoldurma stansiyası açılacaq

Sentyabrda Bakıda daha 6 «SOCAR» yanacaqdoldurma stansiyası açılacaq
# 01 sentyabr 2010 15:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində Bakıda «SOCAR» brendi altında 3 yanacaqdoldurma stansiyası istifadəyə verilib: «Sentyabrın 20-dək daha 6 stansiya istismara veriləcək. İlin sonuna kimi isə yanacaqdoldurma stansiyalarının sayı 10-a çatdırılacaq».

R.Abdullayev həmçinin bildirib ki, yaxın 1-2 il ərzində «SOCAR» brendi altında 26-30 yanacaqdoldurma stansiyası açılacaq.

Qeyd edək ki, Azərbaycanla yanaşı Gürcüstan və Ukraynada da «SOCAR» brendi altında yanacaqdoldurma stansiyaları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR