Bank Of Baku

ARDNŞ Türkiyədə keçirilən Beynəlxalq Enerji Sərgisində iştirak edib

ARDNŞ Türkiyədə keçirilən Beynəlxalq Enerji Sərgisində iştirak edib
# 01 sentyabr 2010 15:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə keçirilən İzmir Beynəlxalq Enerji Sərgisində (İEF) iştirak edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sərgidə tərtib olunmuş stenddə ARDNŞ-ın fəaliyyəti haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

SOCAR-ın stendini ziyarət edən «Petkim»in baş direktoru Hayati Öztürk bildirib ki, hazırda ARDNŞ «SOCAR-Turcas» Birgə Müəssisəsinin tərkibində Türkiyənin ən iri neft-kimya müəssisəsi olan «Petkim» şirkətinin idarəçiliyini həyata keçirir: “Bu, iki ölkə arasında qardaşlıq əlaqələrinin iqtisadi sahədə də davam etdiyini göstərir”.

Sərgidə ARDNŞ-ı Elm və texnika şöbəsinin müdiri Nazim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR