Bank Of Baku

Kulevi Neft Terminalının qəbul etdiyi və göndərdiyi neft və neft məhsullarının həcmi azalıb

Kulevi Neft Terminalının qəbul etdiyi və göndərdiyi neft və neft məhsullarının həcmi azalıb
# 01 sentyabr 2010 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi «Qara Dəniz Terminalı» 306 109 ton neft və neft məhsulları qəbul edib ki, iyul ayı ilə müqayisədə bu göstərici 25,3% azalıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, avqust ayında qəbul edilən dizel məhsulunun miqdarı iyul ayına nisbətən 1% çox olub. Ötən ay terminal vasitəsilə 315 417 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib ki, bu göstərici 22,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR