Bank Of Baku

“LUKoil” prezidenti istefası haqda xəbərlərə münasibət bildirib

“LUKoil” prezidenti istefası haqda xəbərlərə münasibət bildirib
# 02 sentyabr 2010 07:31 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov istefaya hazırlaşması barədə xəbərləri təkzib edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, 60 yaşlı V.Ələkbərov varis barədə düşünmədiyini bəyan edib.

“Hesab edirəm ki, mənim missiyam hələ başa çatmayıb. Şirkətin strukturlaşmasını başa çatdırmaq və yeni strategiyasını hazırlamaq lazımdır” - deyə “LUKoil” prezidenti qeyd edib.

Bununla belə, V.Ələkbərov şirkətdə onu əvəz edə biləcək layiqli kadrların “həddən artıq çox” olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR