Bank Of Baku

Gələn həftə Bakıda bərpa olunan enerji mənbələri üzrə beynəlxalq forum keçiriləcək

Gələn həftə Bakıda bərpa olunan enerji mənbələri üzrə beynəlxalq forum keçiriləcək
# 02 sentyabr 2010 07:55 (UTC +04:00)
Tədbirin Təşkilat Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, forumun keçirilməsi əsasən ekoloji təmiz texnologiyaların inkişafı, Qafqaz regionunda bərpa olunan enerji sahəsinə investisiya yatırımına neft-qaz şirkətləri, bank və investisiya institutlarının cəlb edilməsi məqsədi daşıyır. Qeyd edək ki, bu tədbirin hər il keçirilməsi planlaşdırılır.

Avropa Komissiyası forumun məqsədlərini dəstəkləyir və tədbir Avropa Komissiyasının Azərbaycanda nümayəndə heyətinin rəsmi patronaji altında keçiriləcək. Avropa Komissiyasının səfiri və nümayəndə heyətinin rəhbəri Roland Kobia sentyabrın 7-də forumun işini açacaq.

Qeyd edək ki, Forumun sponsorları «Azərenerji» ASC və «Pasha Bank» ASC-dir, lokal təşkilatçı-tərəfdaş qismində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC), baş informasiya tərəfdaşı kimi isə «Alternative Energy International Media Group» çıxış edir.

Tədbirdə iştirak qeydiyyatı və sponsorluq hüquqlarının alınması üçün forumun təşəbbüskarları və rəsmi təşkilatçıları olan Avropa Menecment Akademiyası (Almaniya) və «EVRA International, Inc.» (ABŞ) müraciət etmək lazımdır:
tel: +49 40 53026115; faks: +49 40 53026123;
e-mail: [email protected]; http://caucasus.is-abc.com.

Qeyd edək ki, APA İnformasiya Agentliyi forumun rəsmi media tərəfdaşı statusu alıb:
tel: +99 412 596 33 57/58; faks: + 99 412 596 31 94;
e-mail: [email protected]; http://apa.az.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR