Bank Of Baku

«Azərikimya» avtomobil parkını genişləndirib

«Azərikimya» avtomobil parkını genişləndirib
# 02 sentyabr 2010 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin maşın parkı üç «KamAZ» markalı yük maşını və iki operativ xidmət maşını ilə genişlənib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, son iki ay ərzində İstehsalat Birliyinin Nəqliyyat İdarəsinin sərəncamına 30-a yaxın müxtəlif markalı və təyinatlı nəqliyyat vasitələri – yük maşınları, yükqaldırma kran-maşınları və xidməti maşınlar verilib.

Hazırda idarənin maşın və xüsusi texnikasının ümumi sayı 135-ə çatdırılıb ki, bu da təkcə nəqliyyat işçilərinin deyil, eyni zamanda bilavasitə istehsalatda çalışan kimyaçıların da əməyini yüngülləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR