Bank Of Baku

KfW Azərbaycanda yeni layihələr həyata keçirəcək

KfW Azərbaycanda yeni layihələr həyata keçirəcək
# 03 sentyabr 2010 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Almaniya İnkişaf Bankı (KfW) Azərbaycanda enerqetika sahəsində yeni layihələrin icrasına başlamaq niyyətindədir. Bu barədə «APA-Economics»ə KfW-nin Bakı nümayəndəliyinin yerli mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, KfW Azərbaycanda Enerji Effektliyi üzrə Açıq Proqram həyata keçirmək niyyətindədir ki, bura ölkədə elektrik enerjisinin ötürülməsinin yaxşılaşdırılması, bərpaedici energetika və bu kimi layihələr daxil ola bilər: «Bu ilin sonunadək Azərbaycan hökuməti və KfW arasında sözügedən proqrama dair danışıqlar aparılacaq və məhz bundan sonra bank tərəfindən Azərbaycana onun icrası üçün nə qədər vəsaitin ayrılacağı müəyyənləşəcək».

Qeyd edək ki, hazırda KfW «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi, Kredit Zəmanət Fondunun yaradılması, «Kadastr və daşınmaz əmlakın reyestri» layihəsini və s. icra edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR