Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il Novorossiysk limanından neft ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti bu il Novorossiysk limanından neft ixracını azaldıb
# 03 sentyabr 2010 08:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk (Rusiya) limanından 214 274 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, avqustda Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi iyul ayı ilə müqayisədə 0,8% azalıb.

Bu ilin yanvar-avqust ayları ərzində isə həmin istiqamətdə 1 475 976 ton xam neft ixrac edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 14% azalıb.

Qeyd edək ki, avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 77,15 dollara, Ural nefti – 75,46 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 78,16 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR