Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avqustda neft məhsullarının ixracını 15% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti avqustda neft məhsullarının ixracını 15% artırıb
# 03 sentyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 184 546 ton neft məhsulları ixrac edib ki, iyul ayı ilə müqayisədə bu göstərici 14,8% artıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, avqustda 18 261 ton avtomobil benzini, 157 581 ton dizel yanacağı, 8 704 ton təyyarə yanacağı ixrac edilib.

Ümumilikdə, 2010-cu ilin yanvar-avqust ayları ərzində 1 286 985 ton neft məhsulları ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,7% azdır. Hesabat dövründə 112 316 ton avtomobil benzini, 1 093 579 ton dizel yanacağı, 80 326 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.

Qeyd edək ki, 2010-cu ilin avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 682,92 dollar, təyyarə yanacağının – 683,99 dollar, dizel yanacağının – 645,50 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 459,51 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR