Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti gələn həftə Etilen-Polietilen Zavodunu yenidən istismara verəcək

Azərbaycan Dövlət Neft Şirkəti gələn həftə Etilen-Polietilen Zavodunu yenidən istismara verəcək
# 03 sentyabr 2010 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin əsas müəssisələrindən olan Etilen-Polietilen Zavodu gələn həftə təmirdən sonra istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərikimya» İB-in direktoru Muxtar Babayev bildirib.

Zavodda təmir işlərinin bu həftə başa çatacağını qeyd edən M.Babayevin sözlərinə görə, müəssisədə avadanlıqların əvəz olunması, eyni zamanda bəzi yerlərdə modernləşdirmə işləri də həyata keçirilib.

«Bu, təmirin ilk mərhələsidir. İl boyu modernləşdirmə işləri davam etdiriləcək. Bizim bu zavodla bağlı böyük planlarımız var», - deyə Birlik rəhbəri vurğulayıb.

M.Babayev həmçinin əlavə edib ki, «Azərikimya»nın zavodlarının təchizat sisteminin yenidən qurulması ilə bağlı planlar mövcuddur. Ümumilikdə, «Azərikimya»nın müəssisələrində modernləşdirmə işlərinin 2011-ci ilin avqust ayınadək davam edəcəyini vurğulayan şirkət rəsmisinin sözlərinə görə, təmir işləri məhsul buraxılışı və keyfiyyətinə müsbət təsir göstərəcək. Etilen-Polietilen və Üzvi Sintez zavodlarında məhsul çeşidinin genişləndirilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR