Bank Of Baku

BP-nin Meksika körfəzindəki ekoloji fəlakətlə bağlı xərcləri 8 mlrd. dolları ötüb

BP-nin Meksika körfəzindəki ekoloji fəlakətlə bağlı xərcləri 8 mlrd. dolları ötüb
# 03 sentyabr 2010 11:47 (UTC +04:00)
Bakı - APA. Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş verən neft axınının nəticələrinin aradan qaldırılmasına bu günədək 8 mlrd. dollar xərcləyib.

APA-nın xəbərinə görə, şirkətin mətbuat üçün yaydığı açıqlamada bildirilir ki, bu məbləğ qəza baş verən quyudan sızmanın qarşısının alınmasına, dağılmış neftin yığılmasına, sahilyanı ABŞ ştatlarına xüsusi qrantlar ayrılmasına, məhkəmə iddiaları üzrə ödənişlərə və ABŞ hökumətinin qəza ilə bağlı xərclərinin qarşılanmasına sərf olunub.

Bundan başqa, neft axınının nəticələrinin aradan qaldırılması üçün görülən işlər barədə zərərçəkmiş bölgələrin əhalisinin məlumatlandırılmasına da xeyli vəsait xərclənib.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR