Bank Of Baku

Azərbaycanda kimya texnoparkının yaradılmasına başlanılıb

Azərbaycanda kimya texnoparkının yaradılmasına başlanılıb
# 03 sentyabr 2010 12:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində kimya texnoparkının yaradılması istiqamətində işlərə başlanıb. «APA-Economics»in məlumatına görə, bunu «Azərikimya» İstehsalat Birliyinin direktoru Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, artıq ARDNŞ və İqtisadi İnkişaf Nazirliyi texnoparkın yaradılmasına hazırlıq tədbirlərinə başlayıb: «Bu layihə çərçivəsində Sumqayıtda istehsalın artırılması, yeni qurğuların tikintisi, yeni müəssisələrin yaradılması nəzərdə tutulur».

M.Babayev qeyd edib ki, texnoparkın yaradılması Sumqayıtın kimya sənayesinin inkişafına səbəb olacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2010-cu ilin aprel ayında imzaladığı sərəncamla «Azərikimya» Dövlət Şirkəti ləğv olunaraq ARDNŞ-in tərkibinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR