Bank Of Baku

“Petkim” şirkətinin kredit dərəcəsi yüksəlib

“Petkim” şirkətinin kredit dərəcəsi yüksəlib
# 04 sentyabr 2010 09:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Ötən il İstanbul Qiymətli Kağızlar Birjasının Təşkilati İdarəetmə İndeksinə daxil olan “Petkim” neft-kimya şirkətinin kredit dərəcəsi 7.71 dərəcədən 8.19-a yüksəlib. Bu barədə APA-ya Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Bu dərəcə korporativ idarəetmə prinsiplərinə görə “əhəmiyyətli dərəcədə uyğunlaşmanı təmin etmək” və “idarəetmə fəaliyyətinin keyfiyyətinin yüksək olduğunun” göstərir.

Hazırda Türkiyənin Sərmayə Bazarı Qurumu (SPK) tərəfindən yayılan “Korporativ idarəetmə prinsipləri”nə ən yüksək səviyyədə uyğunlaşmanı təmin etmək üçün “Petkim”də işlər davam etdirilir.

“Petkim”in baş direktoru Hayati Öztürk deyib ki, bu göstəricini əldə etmək üçün qarşıya məqsəd qoyulub. Şirkət direktorunun sözlərinə görə, səhmlərinin 38,7 % xalqa məxsus olan qurum cəmiyyət üçün açıqdır və burda şəffaf fəaliyyət qurulub. Öztürk bildirib ki, şirkətin kredit dərəcəsinin hər il yüksəldilməsi qarşıya qoyulmuş məqsədlər sırasındadır.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən “TransCentralAsia Petrochemical Holding” Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra Tender Komissiyası bu qərarı ləğv edərək, «SOCAR/Turcas» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR