Bank Of Baku

Beynəlxalq maliyyə təşkilatları “Nabucco” layihəsinə dair yeni sənəd imzalayıb

Beynəlxalq maliyyə təşkilatları “Nabucco” layihəsinə dair yeni sənəd imzalayıb
# 06 sentyabr 2010 11:54 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “NABUCCO Gas Pipeline International GmbH” konsorsiumu açıqlama yayıb.

Üç beynəlxalq maliyyə institutunun zəmanət məktubunun imzalanması “Nabucco” layihəsi üçün 4 mlrd. avro maliyyə paketinin hazırlanması üçün zəruri olan qiymətləndirmə müddətinin başlanması deməkdir. Layihənin maliyyələşdirilməsinin potensial paketində EİB-in 2 mlrd. avro, EBRD-nin 1,2 mlrd. avro (kommersiya bankları ilə 50/50-yə) və IFC-nin 800 mln. avro ayırması nəzərdə tutulur.

Qeyd edək ki, «Nabucco» Mərkəzi Asiya və Xəzəryanı regiondan təbii qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisi ilə Avropaya çatdıracaq. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2014-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın “Bulgargaz”, Rumıniyanın “Transgaz”, Türkiyənin “Botaş” və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR