Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun üçillik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkət müəyyənləşib

Azərbaycan Dövlət Neft Fondunun üçillik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkət müəyyənləşib
# 06 sentyabr 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2010-cu, 2011-ci və 2012-ci illər üzrə Fondun maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə təşkil etdiyi xidmət təkliflərinin cəlb olunması prosedurasının nəticələrini açıqlayıb.

Fondan «APA-Economics»ə verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş «Ernst & Young» şirkəti müsabiqənin qalibi müəyyən edilib. ARDNF haqqında əsasnaməyə uyğun olaraq, Azərbaycanın dövlət başçısı tərəfindən Fondun 2010-cu, 2011-ci və 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR