Bank Of Baku

“Nabucco”nun iştirakçısı Rusiya bazarını tərk edib

“Nabucco”nun iştirakçısı Rusiya bazarını tərk edib
# 06 sentyabr 2010 14:39 (UTC +04:00)
APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, Rusiya yataqlarındakı payını satan OMV Xəzər və Yaxın Şərq regionunda fəaliyyətini gücləndirməyi planlaşdırır.

OMV Rusiyada (Saratov vilayətində və Komi Respublikasında) 10 lisenziyaya malik “Ring Oil Holding & Trading” şirkətindəki 74,9%-lik payını, eləcə də “Korsarneft” şirkətini satıb. Sövdələşmənin dəyəri açıqlanmır.

Qeyd edək ki, əsası 1956-cı ildə qoyulan OMV şirkəti Mərkəzi Asiya və Xəzəryanı regionundan təbii qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisi ilə Avropaya çatdıracaq «Nabucco» layihəsinin iştirakçılarından biridir. Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EİB) və Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə “Nabucco” qaz kəməri layihəsinin səhmdarları və “NABUCCO Gas Pipeline International GmbH” arasında zəmanət məktubu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR