Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində GTZ nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində GTZ nümayəndələri ilə görüş keçirilib
# 07 sentyabr 2010 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqat Laboratoriyasında Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) nümayəndələri ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, GTZ-nin eksperti Hartmut Yungenin başçılığı altında ölkədə səfərdə olan nümayəndə heyətinin tərkibində Almaniya Ekologiya Nazirliyinin nümayəndəsi xanım Astrid Makkaferi də görüşdə iştirak edib.

H.Yungen Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələrinin respublikada, xüsusən də Sumqayıt şəhərində həyata keçirdikləri layihələr haqqında məlumat verib, Sumqayıtın istehsal müəssisələrinin ərazilərindəki torpaqların kadastr planının hazırlandığını qeyd edib.

ARDNŞ-in Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov idarənin struktur bölmələrinin fəaliyyəti haqqında qonaqları məlumatlandırıb. Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqat Laboratoriyasının gördüyü işlər slaydlar vasitəsilə qonaqlara nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR