Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb
# 07 sentyabr 2010 08:40 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən bölgə sakinlərinin dediyinə görə, bu gün səhər saat 09:00 radələrində respublikanın şimal-qərb rayonlarına (Balakən, Zaqatala və Qax) təbii qazın verilməsi əhaliyə xəbərdarlıq edilmədən dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb olaraq Xaldan-Şəki-Balakən magistral qaz kəmərinin 61 və 107-ci km-də qaz sızmalarının aşkar edilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları Xaldan-Şəki-Balakən magistral qaz kəmərində baş vermiş qaz sızmalarını aradan qaldırmaq üçün təmir işlərinə başlayıb. Təmir başa çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR