Bank Of Baku

Bakıda Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz Forumu keçirilir - FOTO

Bakıda Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz Forumu keçirilir - <font color=red>FOTO</font>
# 07 sentyabr 2010 09:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, iki gün davam edəcək forumun əsas mövzusu Qafqaz regionunda bərpa olunan enerji mənbələri üzrə qanunvericilik, bu sahədə investisiya layihələrinin maliyyələşdirmə mənbələri, bərpa olunan enerji mənbələri sənayesinin uğurlu inkişafı üçün əlverişli olan Qafqaz regionunun iqlim şərtləri, ekobiznes və ekoloji təmiz texnologiyaların transferidir.

Tədbiri açıq elan edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia iqtisadi diversifikasiya və iqlim dəyişiklikləri ilə mübarizə şəraitində bərpa olunan enerji mənbələri sahəsinin inkişafının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrindən istifadənin üstünlüyü ətraf mühitin çirklənməməsi və yeni iş yerlərinin yaradılmasıdır: «Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində əlaqələr getdikcə daha da möhkəmlənir. Biz çox şadıq ki, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsinin inkişafına maraq göstərir. Bu yolda görüləcək işlər çoxdur».

Konfransın işində «Azərenerji» ASC, Azərbaycan Dövlət Neft Şirkəti, Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, forumun keçirilməsi əsasən ekoloji təmiz texnologiyaların inkişafı, Qafqaz regionunda bərpa olunan enerji sahəsinə investisiya yatırımına neft-qaz şirkətləri, bank və investisiya institutlarının cəlb edilməsi məqsədi daşıyır. Qeyd edək ki, bu tədbirin hər il keçirilməsi planlaşdırılır.

Forumun sponsorları «Azərenerji» ASC və «Pasha Bank» ASC-dir, lokal təşkilatçı-tərəfdaş qismində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC), baş informasiya tərəfdaşı kimi isə «Alternative Energy International Media Group» çıxış edir.

APA İnformasiya Agentliyi forumun rəsmi media tərəfdaşı statusu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR