Bank Of Baku

Azərbaycan Astanada keçiriləcək beynəlxalq neft-qaz konfransında iştirak edəcək

Azərbaycan Astanada keçiriləcək beynəlxalq neft-qaz konfransında iştirak edəcək
# 07 sentyabr 2010 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 4-də Astanada (Qazaxıstan) «Xəzərdə Neft və Qaz Hasilatı» («Caspian Offshore Conference») beynəlxalq konfrans keçiriləcək.

Tədbirin təşkilatçılarından olan «Caspian Business Events» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Xəzər dənizində yataqlarda neft-qazın kəşfiyyatı, hasilatı və buruqların qazıntısı, Meksika körfəzində baş vermiş hadisənin Xəzərdə təkrarlanmasına dair tədbirlərin görülməsi, «Kaşaqan» yatağında hasilatın perspektivləri, ekoloji aspektlər və digər məsələlər müzakirə olunacaq. Konfrasda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, İran, Amerika, Avropa, Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Yaxın Şərqdən olan 300-ə yaxın iri neft-qaz şirkətlərinin nümayəndələri və bu sahədə fəaliyyət göstərən treyder, maliyyəçi, hüquqşünaslar, analitiklər və digər mütəxəssislər iştirak edəcəklər. Tədbirdə 25-ə yaxın məruzə dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR