Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı avqustda azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı avqustda azalıb
# 08 sentyabr 2010 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Türkiyənin Ceyhan limanından 3,1 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb ki, bu da iyul ayı ilə müqayisədə 11,4% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında isə bu göstərici 24,9 mln. ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri istismara verilən gündən (2006-cı ilin iyun ayı) bu ilin sentyabr ayının 1-ə qədər Ceyhan limanından 129,5 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR