Bank Of Baku

Bakı-Ceyhan kəmərilə Azərbaycan neftinin nəqli avqustda 6% azalıb

Bakı-Ceyhan kəmərilə Azərbaycan neftinin nəqli avqustda 6% azalıb
# 08 sentyabr 2010 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,2 mln. ton Azərbaycan nefti nəql olunub ki, iyul ayı ilə müqayisədə bu göstərici 5,9% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 24,8 mln. ton neft ötürülüb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı ilin iyun ayı) bu ilin sentyabr ayının 1-ə qədər BTC-yə 131,4 mln. ton neft vurulub.

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENİ (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR