Bank Of Baku

BP: Körfəzdə neft axınına görə bir neçə şirkət məsuliyyət daşıyır

BP: Körfəzdə neft axınına görə bir neçə şirkət məsuliyyət daşıyır
# 09 sentyabr 2010 02:15 (UTC +04:00)
Bakı-APA. Britaniyanın neft nəhəngi BP bildirir ki, Meksika körfəzində neft axınının yaratdığı təbii fəlakətə görə bir neçə şirkət və işçilərdən ibarət qruplar məsuliyyət daşıyır. BP-nin özünün hazırladığı hesabatda göstərilir ki, qəzaya səbəb bir sıra texniki problemlər, ayrı-ayrı şəxslərin mühakimələri və texnoloji dizayn olub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Hesabatda qeyd edilir ki, neft quyusunun qapağının pis sementlənməsi kəmər vasitəsilə qaz və başqa mayelərin axmasına gətirib çıxarıb. Transocean neft quyusunun komandası 40 dəqiqə ərzində hidrokarbon qazının səthə qalxdığı haqda məlumat verməyib. Səthə qalxan qaz və neft birbaşa neft quyusuna yönəlmiş və orada partlayış yaradıb. Quyuda partlayış və yanğından sonra dənizin dibində partlayış hallarında qoruyucu cihaz işə düşməmiş və böyük həcmdə neftin axmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR