Bank Of Baku

ARDNŞ bu il 94 min metrdən artıq qazma işləri aparıb

ARDNŞ bu il 94 min metrdən artıq qazma işləri aparıb
# 09 sentyabr 2010 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 169 metr qazma işi həyata keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9 264 metri istismara, 1 905 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 203 metri isə struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 94 429 metr qazma işi görülüb ki, bunun da 88 670 metri istismara, 5 759 metri kəşfiyyata (o cümlədən, 1 044 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR