Bank Of Baku

Qərb bölgəsində satılan qaz cihazlarının keyfiyyətinə nəzarət gücləndiriləcək

Qərb bölgəsində satılan qaz cihazlarının keyfiyyətinə nəzarət gücləndiriləcək
# 13 sentyabr 2010 10:26 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Payız və qız mövsümünün gəlişi ilə əlaqədar olaraq ölkənin qərb bölgəsində satılan qaz cihazlarının keyfiyyətinə nəzarət gücləndiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, mövsümə uyğun olaraq qızdırıcı cihazların satışı ilə əlaqədar monitorinq aparılacaq.

Monitorinqlərə Gəncə şəhərindən başlanacaq və qızdırıcı cihazların satışı ilə məşğul olan mağazalarda aparılacaq. Yoxlamalar zamanı satışa çıxardılmış cihazların sertifikatları və digər normativ sənədlər araşdırılacaq. Monitorinqlər digər bölgələrdə də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR