Bank Of Baku

Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib

Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib
# 13 sentyabr 2010 11:01 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində 2010-cu ilin avqust ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 100,47% təşkil edib.

Bu barədə “APA-Economics”ə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonunun rəisi Hakim Hüseynov məlumat verib.

Cari ilin avqust ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 756,762 min manat dəyərində, 12612,695 min kvt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 760,347 min manat dəyərində ödəniş olub.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79501 nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 75875 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR