Bank Of Baku

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri: «Gələcəkdə AGRI layihəsinin genişlənəcəyi gözlənilir»

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri: «Gələcəkdə AGRI layihəsinin genişlənəcəyi gözlənilir»
# 13 sentyabr 2010 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələcəkdə AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsində iştirak edən dövlətlərin siyahısının genişlənəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.

Nazirin sözlərinə görə, üç ölkə yaxın vaxtlarda Buxarestdə (Rumıniya) layihənin texniki-iqtisadi əsaslandırması ilə məşğul olacaq birgə şirkət yaradacaq: «Həmin şirkət tərəfindən hazırlanacaq texniki-iqtisadi əsaslandırmadan sonra layihə növbəti fazaya keçəcək ki, bura layihənin maliyyələşdirilməsi, yəni lazımi maddi vəsaitin cəlb olunması nəzərdə tutulub».

A.Xetaquri onu da bildirib ki, artıq layihəyə Macarıstan da qoşulub və ümumiyyətlə, enerji resurslarının diversifikasiyası üçün bu, çox əlverişli layihədir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada – 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri də 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR