Bank Of Baku

Azərbaycan avqustda elektrik enerjisi istehsalını 15% artırıb

Azərbaycan avqustda elektrik enerjisi istehsalını 15% artırıb
# 13 sentyabr 2010 12:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda 1,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 15,4% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

«Azerenerji»dən bildirilib ki, 2009-cu ilin yanvar-avqust ayları ilə müqayisədə enerji sistemində istehsal olunmuş elektrik enerjisinin həcmi 2,3% azalaraq bu ilin 8 ayında 12,5 mlrd. kVt/saat təşkil edib.

ASC-dən əlavə ediblər ki, avqust ayında Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR