Bank Of Baku

Ceyhan limanından ixrac olunan Xəzər neftinin həcmi 1 mlrd. bareli ötüb

Ceyhan limanından ixrac olunan Xəzər neftinin həcmi 1 mlrd. bareli ötüb
# 13 sentyabr 2010 13:30 (UTC +04:00)
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, neftin milyardıncı bareli sentyabr ayının əvvəlində Səngəçal terminalından BTC-yə vurularaq Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə bu yaxınlarda Ceyhan terminalına çatıb və orada 1 275-ci tanker - «Nippon Prinses»ə yüklənib. Xəzər nefti ilə yüklənmiş «Nippon Prinses» Ceyhandan bu gün Rotterdama (Niderland) yola düşüb.

Qeyd edək ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir. BTC boru kəməri ilə dünya bazarlarına nəql edilən xam neft əsasən Azəri-Çıraq-Günəşli (AÇG) və «Şahdəniz» yataqlarından gəlir. Bu ilin iyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin Qazaxıstandakı «Tengiz» yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var. Hazırda BTC ilə gündəlik təxminən 850 min barel neft ixrac edilir. Bu günədək kəmər vasitəsilə ən yüksək gündəlik ixrac göstəricisi 2010-cu il iyul ayının 21-də olub ki, bu göstərici 1,06 mln. barel təşkil edib. Cari il ərzində BTC vasitəsilə ümumilikdə təqribən 25,8 mln. ton və ya 191 mln. barel neft ixrac olunub.

Xatırladaq ki, BTC-nin səhmdarları BP (30,1%), AzBTC (25%), «Chevron» (8,90%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,40%); «Inpex» (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR