Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda iqlim dəyişməsi sahəsində layihə həyata keçirəcək

Asiya İnkişaf Bankı Azərbaycanda iqlim dəyişməsi sahəsində layihə həyata keçirəcək
# 13 sentyabr 2010 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda iqlim dəyişməsi sahəsində layihə icra etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin iqlim dəyişməsi üzrə baş mütəxəssisi Piter Xeys (Piter Hayes) bildirib.

Onun sözlərinə görə, AİB-in 2002-2022-ci illəri əhatə edən İqlim Dəyişməsi Proqramı mövcuddur ki, bu strategiya Bankın 47 üzv ölkəsini əhatə edir: «Strategiya çərçivəsində üzv ölkələrə maliyyə yardımı göstəriləcək ki, Qafqaz regionuna iqlim dəyişməsində adaptasiya üçün təxminən 1 mlrd. ABŞ dolları vəsait ayrılacaq. Ümumiyyətlə, AİB bu strategiya çərçivəsində üzv ölkələrə 20 mlrd. dollar vəsait ayıracaq».

Azərbaycanda iqlim dəyişməsi barədə danışan P.Xeys həmçinin qeyd edib ki, AİB Azərbaycanda buxar qazlarının azaldılması sahəsində layihələr icra etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR