Bank Of Baku

Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair sənəd imzalayıb

Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair sənəd imzalayıb
# 14 sentyabr 2010 09:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, anlaşma memorandumu və nizamnamənin layihəsini Azərbaycan Dövlət Neftş Şirkəti, Gürcüstan Neft Qaz Korporasiyası və Rumıniyanın «ROMGAS» şirkətinin rəhbərləri imzalayıb. Yaradılan şirkət layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq, ptensial investorları cəlb edəcək və s. məsələləri həll edəcək.

Qeyd edək ki, yeni şirkət Rumıniya qanunvericiliyi əsasında yaradılacaq və Buxarestdə qeydiyyatdan keçəcək. Azərbaycan, Gürcüstan və Rumıniya bu şirkətdə eyni paya malik olacaq, lakin gələcəkdə yeni müəssisədə digər şirkətlər də pay ala bilər.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayının ilk dekadasında Buxarestdə hər üç ölkənin işçi qrupu yeni şirkətin əsasnaməsini müzakirə edərək təsdiqləyəcək.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada – 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri də 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR