Bank Of Baku

Bakıda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə həsr olunmuş konfrans keçirilib

Bakıda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə həsr olunmuş konfrans keçirilib
# 14 sentyabr 2010 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində «Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə vətəndaş cəmiyyətinin mövqeyi» mövzusunda konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyinə nail olunması uçun zəruri iqtisadi və hüquqi alətlər, həmçinin enerji səmərəliliyinin həyata keçirilməsində kiçik və orta sahibkarlığın iştirakı mövzusunda məruzələr dinlənilib.

Tədbirdə Şərq Tərəfdaşlığı üzrə Milli Platformanın üzvü Sabit Bağırov «Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi» mövzusu üzrə geniş təqdimatla çıxış edib.

Təqdimatda S.Bağırov 2007-2035-ci illərdə dünya üzrə enerji istehlakının 49% artacağını, həmçinin bu müddət ərzində maye yanacağı istehlakının 111 mln. barelə çatacağını bildirib. Təqdimatda dünyada elektrik enerjisi istehsalında ən çox sərf olunan yanacağın kömür, ən az isə mazut olacağı qeyd edilib. «Ümumiyyətlə, bu müddət ərzində dünyada bərpa olunan enerji mənbələrinin istifadəsi daha da artacaq. Eyni zamanda 2035-ci ilədək dünya üzrə enerji istehlakı ilə əlaqədar dəm qazının emissiyası yüksələcək», - deyə S.Bağırov vurğulayıb.

Təqdimatın sonunda S.Bağırov Azərbaycanın potensial külək və günəş enerjisinin istifadə imkanlarından danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR