Bank Of Baku

Qazaxıstan Bakı-Tiflis-Ceyhan vasitəsilə enerjidaşıyıcılarının nəqlini artırmaqda maraqlıdır

Qazaxıstan Bakı-Tiflis-Ceyhan vasitəsilə enerjidaşıyıcılarının nəqlini artırmaqda maraqlıdır
# 14 sentyabr 2010 10:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Qazaxıstan Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql olunan enerjidaşıyıcılarının həcminin artırılmasında maraqlıdır.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bolat Soltanov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

“Bakı-Tiflis-Ceyhan bizim üçün yaxşı imkandır. Bu kəmər vasitəsilə nəql olunan enerjidaşıyıcılarının həcmini artırmaq üçün qarşılıqlı anlaşma və Azərbaycan tərəfinin maraqlı olması lazımdır” - deyə B.Soltanov qeyd edib.

Onun sözlərinə görə, enerjidaşıyıcılarının nəqlinin bütün istiqamətlər üzrə diversifikasiyası vacibdir: “Qazaxıstan enerjidaşıyıcılarını Rusiyaya nəql edir, həmçinin 2-ci Mərkəzi Asiya-Qərbi Çin kəmərini hazırlayır. Enerjidaşıyıcılarının Xəzər dənizi vasitəsilə nəqli zəruridir, amma ekoloji fəlakət hesabına yox. Ona görə də Xəzərin biosferi qorunmalıdır. Hesab edirəm ki, tankerlərlə daşınma daha təhlükəsizdir”.

B.Soltanov enerjidaşıyıcılarının nəqlini tanker donanmasını böyütmək və ya iritonnajli tankerlərdən istifadə etmək yolu ilə artırmağı təklif edib: “Razılıq əldə olunarsa, Azərbaycan tərəfi bunun üçün öz tankerlərini təqdim edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR