Bank Of Baku

Sabah Bakıda Xəzər regionunun qaz infrastrukturuna həsr olunmuş beynəlxalq konfrans başlayır

Sabah Bakıda Xəzər regionunun qaz infrastrukturuna həsr olunmuş beynəlxalq konfrans başlayır
# 14 sentyabr 2010 10:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək tədbirdə uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu, dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılacaq, məruzələr dinləniləcək.

Konfransda Azərbaycan Sənaye və Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının nümayəndələri, eyni zamanda Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Qazaxıstanın «KazMunayQaz» şirkətinin baş direktorunun məsləhətçisi Ross Stobi, «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek, «Trans Adriatic Pipeline» (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland və digər beynəlxalq şirkət və maliyyə institutlarının rəsmiləri iştirak edib, məruzələr oxuyacaq.

Qeyd edək ki, konfrans Böyük Britaniyanın «Terrapinn» şirkətinin təşkilatçılığı ilə keçiriləcək. APA (Azeri Press Agency) informasiya agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı statusu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR