Bank Of Baku

Bakıda Kimyəvi Məhsulların Təhlükəsizliyinin Tənzimlənməsi, Avropa reqlamentləri və BMT tövsiyələri üzrə beynəlxalq konfrans keçiriləcək

Bakıda Kimyəvi Məhsulların Təhlükəsizliyinin Tənzimlənməsi, Avropa reqlamentləri və BMT tövsiyələri üzrə beynəlxalq konfrans keçiriləcək
# 14 sentyabr 2010 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 15-16-da Bakıda Kimyəvi Məhsulların Təhlükəsizliyinin Tənzimlənməsi, Avropa reqlamentləri və BMT tövsiyələri (REACH və CLP) üzrə MDB ölkələrinin III beynəlxalq konfransı keçiriləcək.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Avropa İttifaqının kimyəvi maddələrin qeydiyyatına, qiymətləndirilməsinə, icazəsinə və məhdudiyyətlərinə dair REACH Texniki Reqlamenti AB ölkələrinin ərazisinə ildə 1 tondan çox kimyəvi maddə gətirən istehsalçılara aiddir.

Reqlamentə əsasən, Avropa Birliyinin (AB) ərazisinə ildə 1 tondan çox kimyəvi maddə gətirən istehsalçılar Avropa Kimya Agentliyində (AKA) qeydiyyatdan keçməlidir. Bu ilin sonundan etibarən AKA-da qeydiyyatdan keçməyən kimyəvi maddə istehsalçıları üçün AB-nin ərazisinə mal gətirməyə qadağa qoyulacaq. Bu reqlament AB-yə daxil olmayan ölkələrin kimyəvi maddə istehsalçıları qarşısında bir sıra maneələr yaradır.

REACH reqlamentinin tətbiqi ilə meydana çıxan maneələrin aradan qalıdırılması üçün MDB ölkələri və MDB-nin Standartlaşdırma Şurasının təşəbbüsü ilə indiyə kimi 2 konfrans təşkil edilib, növbəti konfrans Bakıda keçiriləcək. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı şirkətlərin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR