Bank Of Baku

OPEC: Yaxın perspektivdə neftin qiyməti 72-83 dollar olacaq

OPEC: Yaxın perspektivdə neftin qiyməti 72-83 dollar olacaq
# 14 sentyabr 2010 14:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçıları Ölkələri Təşkilatı (OPEC) yaxın vaxtlar ərzində neftin qiymətinin 72-83 dollar/barel arasında dəyişəcəyini proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu OPEC-in 50-illiyinə həsr olunmuş videokonfransda təşkilatın baş katibi Abdulla Səlim əl-Bədri bildirib.

Onun fikrincə, bu qiymət hazırda «rahat və məntiqə uyğundur» və neftin istehsalı üçün alınan mal və xidmətlərin qiymətlərinə uyğundur.

Neftin gələn ilki qiymətinə toxunan A.S.əl-Bədri vurğulayıb ki, bunu proqnozlaşdırmaq tezdir, çünki hazırda müşahidə olunan dünya iqtisadiyyatının bərpası prosesi qeyri-bərabər gedir. Ümumiyyətlə, OPEC-in baş katibi hesab edir ki, yaxın 50 il ərzində neftə olan tələbat yalnız arta bilər ki, bu da ilk növbədə karbohidrogenlərdən istehsal olunan enerjiyə tələbatın artması ilə bağlıdır.

Qeyd edək ki, dünyanın neft hasilatın 35%-ni təmin edən OPEC-ə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Venesuela, Ekvador, Liviya, Əlcəzair, Nigeriya və Anqola daxildir. Təşkilatın yaradılması barədə qərar 1960-ci ilin sentyabrın 14-də Baqdadda keçirilmiş konfransda qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR