Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının görüşü keçirilib
Gürcüstan prezidenti M.Saakaşvili isə regional enerji əməkdaşlığında Azərbaycanın rolunu xüsusi vurğulayıb və enerjidaşıyıcılarının nəqlində Gürcüstanın tranzit rolu barədə danışıb.
Rumıniya prezidenti T.Basesku isə AGRI layihəsinin ölkəsi üçün əhəmiyyətindən danışıb və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb.
Macarıstanın baş naziri V.Orban isə bu layihəyə qoşulmağın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Macarıstan AGRI layihəsində fəal iştirak etməyə hazırdır.
Daha sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev AGRI layihəsi ilə bağlı təqdimatla çıxış edib, görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Bundan sonra Azərbaycan prezidenti İ.Əliyev, Rumıniya prezidenti T.Basesku, Gürcüstan prezidenti M.Saakaşvili və Macarıstanın baş naziri V.Orban AGRI layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar.
İmzalanmadan sonra keçirilən birgə mətbuat konfransında prezident İ.Əliyev Azərbaycanın enerji sahəsində nadir təcrübəsinin olduğunu və tərəflərin maraqlarının tarazlığının AGRI layihəsinin də həyata keçirilməsinin vacib şərti olduğunu vurğulayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir və bunun nəticəsi olaraq hazırda Azərbaycanın 7 neft-qaz kəməri var və bu kəmərlər Azərbaycan neft və qazının müxtəlif istiqamətlərdə nəqlini təmin edir.
İ.Əliyevin sözlərinə görə, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Azərbaycanda bu il 28 mlrd. kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlət başçısı yerli tələbatın ildə 10-11 mlrd. kubmetr təşkil etdiyini vurğulayıb. Qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur, Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır.
«Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq», - deyən Azərbaycan prezidenti bundan sonra layihənin texniki-iqtisadi əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışıb, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd edib.
Gürcüstan prezidenti M.Saakaşvili AGRI layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması isə Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcək.
Rumıniya prezidenti T.Basesku bildirib ki, bu layihənin icrası Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcək. «Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir», - deyən T.Basesku bildirib ki, layihə öz səmərəliyinə əsaslanır və heç bir siyasi qərara söykənmir. Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Rumıniya prezidenti qeyd edib ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaq. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaq.
Macarıstanın baş naziri V.Orban əmin olduğunu bildirib ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcək və rəsmi Budapeşt bu layihəyə sadiqdir. V.Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırıb və bildirib ki, bu layihə Avropa İttifaqına töhfə verəcək.
Xəbər Lenti
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO