Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti: Bu il «Şahdəniz» yatağında 7,8 mlrd. kubmetr qaz hasil olunacaq

Azərbaycan Dövlət Neft Şirkəti: Bu il «Şahdəniz» yatağında 7,8 mlrd. kubmetr qaz hasil olunacaq
# 15 sentyabr 2010 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» perspektiv qaz strukturunda 2010-cu il ərzində 7,8 mlrd. kubmetr həcmində qaz hasil olunacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) qaz ixracı idarəsinin müdiri Kamal Abbasov bildirib.

Onun sözlərinə, hazırda «Şahdəniz»də 3 quyudan qaz hasil olunur ki, yaxın bir neçə gün ərzində dördüncü quyu bərpa olunaraq istifadəyə veriləcək: «İlin sonunadək bu dörd quyudan təxminən 7,8 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir».

K.Abbasov onu da bildirib ki, cari il ərzində Azərbaycanın Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana 1,4 mlrd. kubmetr, Rusiyaya isə 1 mlrd. kubmetr qaz hasil edəcəyi gözlənilir: «Rusiyaya qazın həcminin artırılması üçün qaz kompressor stansiyasında bir sıra işlər görülməlidir ki, bura stansiyada qazın təzyiqini artırmaq da daxildir. Hazırda stansiyanın gücü 4 mlrd. kubmetrdir ki, Rusiyaya gələcəkdə qaz həcminin artırsaq bu qaz kompressor stansiyasının gücü də artırılacaq. Stansiyanın hazırkı təzyiqi 28 atm-dir, Rusiyaya qazın artırılmasından sonra isə təzyiq 36 atm-ə çatdırılacağı gözlənilir».

Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (operator – 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NIKO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR