Bank Of Baku

ABŞ Ədliyyə Nazirliyi BP şirkətinə qarşı 17 mlrd. dollarlıq iddia qaldırmağa hazırlaşır

ABŞ Ədliyyə Nazirliyi BP şirkətinə qarşı 17 mlrd. dollarlıq iddia qaldırmağa hazırlaşır
# 15 sentyabr 2010 08:42 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Ədliyyə Nazirliyi Böyük Britaniyanın BP neft şirkətinə qarşı iddia qaldırılması imkanlarını nəzərdən keçirir.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, söhbət Meksika körfəzində baş verən ekoloji fəlakətə görə 17,6 mlrd. dollarlıq iddiadan gedir.

Ədliyyə Nazirliyinin nümayəndələri bildiriblər ki, indiyədək BP-yə qarşı qaldırılmış iddialara aid olmayan, müstəqil iddia qaldırmaq niyyətindədirlər. Britaniya şirkəti əməkdaşlarının səhlənkarlığı sübut olunarsa, BP-ni Meksika körfəzinə axan hər barel neftə görə 4,3 min dollar cərimə gözləyir.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır. BP bu fəlakətə görə “Transocean” və “Halliburton” şirkətlərinin də məsuliyyət daşıdığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR