Bank Of Baku

Reynhard Mitçek: «Azərbaycan və İraq qazının 2015-ci ildə «Nabucco» kəmərilə nəqlinə başlanacağı gözlənilir»

Reynhard Mitçek: «Azərbaycan və İraq qazının 2015-ci ildə «Nabucco» kəmərilə nəqlinə başlanacağı gözlənilir»
# 15 sentyabr 2010 09:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek bildirib.

Onun sözlərinə görə, «Nabucco» kəməri ilə Azərbaycan və İraq qazının 2015-ci ilin sonunda nəqlinə başlanacağı gözlənilir ki, Azərbaycan tərəfi kəmərə mavi yanacağı «Şahdəniz» layihəsinin ikinci fazasından, həmçinin digər mənbələrdən (yataqlardan) vuracaq.

R.Mitçek Azərbaycan tərəfinin «Nabucco»nu qazla doldurması üçün kifayət qədər qaz ehtiyatlarına malik olduğunu bildirib: «Təkcə «Şahdəniz»dən təxminən 16-17 mlrd. kubmetr qazın bu kəmərə vurulacağı gözlənilir. İraq isə öz növbəsində ilkin mərhələdə kəmərə 10 mlrd. kubmetr, daha sonra isə 20-25 mlrd. kubmetr qaz ötürəcək. Eyni zamanada Türkmənistan hökuməti də bu kəmərlə qazın nəql etmək imkanları ilə bağlı araşdırmalar aparır».

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR