Bank Of Baku

Trans Adriatik Qaz Kəməri ilk olaraq Azərbaycan qazını nəql edəcək

Trans Adriatik Qaz Kəməri ilk olaraq Azərbaycan qazını nəql edəcək
# 15 sentyabr 2010 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Trans Adriatik Qaz Kəməri (Trans Adriatic Pipeline - TAP) layihəsinin səhmdarları Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq qazı TAP-ın ilkin xammalı hesab edir.

«APA-Economics»in məlumatına görə, TAP-ın səhmdarları olan «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləri kəmərin illik buraxılış gücünün ilkin mərhələdə 10 mlrd. kubmetr təşkil edəcəyini və bunun ilk olaraq məhz «Şahdəniz II» hesabına təmin olunacağını bildirirlər.

«TAP «Şahdəniz II» çərçivəsində qazın hasilatına başlandıqdan sonra istismara veriləcək», - deyə layihənin icraçı direktoru Kyetil Tunqland (Kjetil Tungland) bildirib.

Qeyd edək ki, uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR