Bank Of Baku

Avropa İttifaqı «Nabucco» layihəsinə 3 mlrd. avro ayıracaq

Avropa İttifaqı «Nabucco» layihəsinə 3 mlrd. avro ayıracaq
# 15 sentyabr 2010 13:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən beynəlxalq qaz infrastrukturu konfransında çıxış edən «Nabucco Gas Pippeline GmbH.» konsorsiumunun rəhbəri Reynhard Mitçek bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı sözügedən vəsaitin ayrılmasına hələ sanksiya verməyib. Belə ki, müəyyən hazırlıq işləri hələ görülməyib: «Lakin biz başa düşürük ki, Avropa İttifaqının vəsaiti layihənin icrası üçün çox vacibdir. Layihənin maliyyələşdirməsinə dair mandat həmçinin Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasına verilib».

Layihənin əhəmiyyətindən danışan R.Mitçek onu da qeyd edib ki, «Nabucco» çərçivəsində Azərbaycan qazı Türkiyəyə Gürcüstan vasitəsilə, İraq qazı isə birbaşa Türkiyəyə çatdırılacaq: «Kəmərin 2015-ci ildə istifadəyə veriləcəyi gözlənilir ki, biz İranın layihədə iştirakından imtina etmişik».

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR