Bank Of Baku

TAP-ın səhmdarlarının sayı artırıla bilər

TAP-ın səhmdarlarının sayı artırıla bilər
# 15 sentyabr 2010 16:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Trans Adriatik qaz kəməri (Trans Adriatic Pipeline - TAP) layihəsinin səhmdarları sırasına yeni şirkətlər daxil ola bilər. «APA-Economics»in məlumatına görə, bu barədə TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland (Kjetil Tungland) bildirib.

Onun sözlərinə görə, hazırda layihənin 3 səhmdarı var ki, bunlar “EGL”, “Statoil” və “E.ON Ruhrgas” şirkətləridir: “Hazırda adlarını açıqlaya bilməyəcəyim bir neçə şirkətlə də danışıqlar aparılır və güman edirəm ki, səhmdarların sayı artacaq. Eyni zamanda qazın nəqli ilə məşğul olacaq şirkətlərlə də danışıqlar gedir”.

Qeyd edək ki, uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniyanın ərazisindən keçərək İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir.

Xatırladaq ki, “Şahdəniz” yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR