Bank Of Baku

Trans Adriatik qaz kəmərinin inşasına 2013-cü ildə başlanacaq

Trans Adriatik qaz kəmərinin inşasına 2013-cü ildə başlanacaq
# 15 sentyabr 2010 16:15 (UTC +04:00)
Onun sözlərinə görə, layihənin əsas mənbəyi «Şahdəniz II» çərçivəsində hasil olunacaq qazdır ki, proqnozlara əsasən ikinci fazada hasilata 2016-cı ildə başlanacaq: «TAP kəmərinin tikintisinə 3 il lazım olacaq və əgər nəzərə alsaq ki, «Şahdəniz II»də hasilata 2016-cı ildə başlanacaq, onda kəmərin inşasına 2013-cü ildə start veriləcək».

K.Tunqland onu da qeyd edib ki, Adriatik dənizində kəmərin çəkilməsi bir qədər çətin olacaq, lakin buna baxmayaraq işlər aparılacaq və kəmər dənizin 820 metr dərinliyindən keçəcək: «Hazırda kəmərin çəkilməsi üçün marşrutun keçəcəyi dövlətlərlə danışıqlar aparılır, razılıq və ya lisenziyaların alınması prosesi gedir. Əminəm ki, seçilən marşrut təhlükəsizdir».

Layihə rəhbəri onu da bildirib ki, ilkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Qeyd edək ki, uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR